Avroviziya təmsilçimiz Çingiz Mustafayev Türkiyənin meqa-starı Tarkanın “Beni anlama” mahnısını oxuyub.

OLAY yazır ki, Çingizin bu ifası sosial mediada gündəm olub. İzləyiciləri tərəfindən maraqla qarşılanan sənətçinin postuna yüzlərlə şərh yazılıb.

Çingiz isə ifasını bu sözlərlə paylaşıb:

“Uşaqlıqda rayonda yaşadığım günləri xatırlayıram... Tarkanın yeni albomunun çıxmasını səbirsizliklə gözləyərdim. Albom çıxandan sonra kasetinin bizim rayona gəlib çatması bəzən il yarım çəkərdi. Hər gün ərinmədən bazara gedib soruşardım: “Tarkanın kaseti gəlib?”. O vaxtlar bu mahnını dönə-dönə dinləyirdim. Bu gün, 25 il sonra, onu yenidən oxuyub sizinlə bölüşmək istədim. Bəlkə bu mahnı sizi də öz xatirələrinizə qaytardı...”.