Aparıcı Zümrüd Bədəlova efirdə kövrəlib.
OLAY yazır ki, o, “Gün ortası” verilişində keçmiş həyat yoldaşından danışıb. Zümrüd deyib ki, müəyyən səbəblərə görə, qızı Ləman 10 ildir atası ilə görüşmür:
“On ili keçib ki, qızım atasını görmür. Hər iki gündən bir özüm onun telefonundan zəng edirəm, deyirəm, atanla danışmalısan. Məcbur edirəm, zəng etsə, açmalısan, arada özünü ona göstərməlisən. Bəzi problemlər var ki, bura gələ bilmir. Görməsə də, söhbət düşəndə gözləri dolur, gizlədir. Amma dilə gətirə bilmir. Övladlarınızın yanında olun, kaş ailələr dağılmaya, bəzi kişilər anlayışlı ola, qadınına dəyər verə bilə.... Daha sonra qadın haqqında hər ürəklərinə düşəni danışa bilməsinlər”.