“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva “Aqat Silver”in kolleksiyalarındakı mirvarilərdən söz açıb.

OLAY yazır ki, bu barədə video paylaşan iş xanımı bunları qeyd edib:

“Bu dəfə Sizə “Aqat Silver” kolleksiyalarında mirvari haqda söhbət açacam.

Mirvari sadəcə zinət deyil — o, dənizin səbrlə yaratdığı saf gözəlliyin simvoludur.

Mirvari — əsrlərdir qadın zərifliyinin simvoludur.

Təbiətin öz əlləri ilə formalaşdırdığı bu incə möcüzə zaman keçsə də dəyərini itirmir, əksinə daha da dərinləşir.

Mirvari bizə bir şeyi öyrədir:

Ağrı da, çətinlik də bəzən ən gözəl nəticəyə çevrilə bilər.

Gözəllik həmişə zahirdə deyil — dərinlikdə gizlidir.

Ən təmiz və fərqli mirvari nümunələri Aqat Silverdə sizi gözləyir”.