Azərbaycan SSR əməkdar mühəndisi Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir.

OLAY yazır ki, bu barədə feysbukda Arzu Rzasoy paylaşım edib:

"Azərbaycan Cümhuriyyəti parlamentinin üzvü Cəmil Ləmbəranskinin Bərdənin Lənbəran kəndindəki mülkü dağılmaq üzrədir. Bakı şəhərinin simasını formalaşdıran, şəhərin rəmzinə çevrilmiş Gülüstan və Respublika sarayı, "Mirvari" kafesi, Yaşıl teatr, Kiçik Venesiya, Funikilyor, Musiqi komediya teatrı və başqa unikal layihələrin ideya müəllifi və tikintisinə rəhbərlik etmiş "əfsanəvi mer" Əliş Ləmbəranski bu evdə anadan olub. Əliş Ləmbəranski qabaqcıl ideyalara malik mühəndis kimi Avropa şəhərlərində gördüyü yenilikləri də Bakıda tətbiq edərək şəhərə daha mədəni görkəm verməklə yanaşı əhalinin rahatlığını təmin etmişdir. Nizami küçəsi və Bakı bulvarının insanların sevimli məkanına çevrilməsi də onun zəhmətidir".

"Şəhərsalma və Memarlıq ili" çərçivəsində görüləcək ən böyük işlərdən biri bu mülkün bərpası və qorunmasıdır. Öz dövrünü qabaqlayaraq Bakıya müasir və funksional şəhərsalma mədəniyyəti gətirən Əliş Ləmbəranskiyə hörmət naminə bu evə Lənbəran kəndindəki digər ikimərtəbəli mülk kimi "tarixi abidə" statusu verilməsi mütləqdir

Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir Əliş Ləmbəranskinin doğulduğu ev dağılmaq üzrədir