Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
OLAY yazır ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xalq artisti bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.