“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli illər sonra TikTok səhifəsində paylaşım edib.

OLAY yazır ki, Nicat “Çukur” serialından Yamaç obrazının təsirli səhnəsini paylaşıb.

Fonda isə Ahmet Kaya və Selda Bağcanın ifasında “Öyle bir yerdeyim ki” mahnısı səslənib.

Qeyd edək ki, 2023-ün avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.