Özbək müğənni Əlişir Nazirov daha bir Azərbaycan mahnısı ifa edib.
OLAY yazır ki, o bu dəfə müğənni İradə İbrahimovanın repertuarına müraciət edib.
Sənətçi konsertində İradə İbrahimovanın illər öncə oxuduğu "Bir bahardır" mahnısını özbək müğənni ilə duet şəklində səsləndirib.
Qeyd edək ki, mahnının musiqisi istedadlı müğənni və bəstəkar Elçin Cəfərova, sözləri isə Orxan Mürvətliyə məxsusdur.
Mahnı 2022-ci ildə işıq üzü görsə də, üç il sonra TikTok və instaqramda trendə düşərək viral olub.