Supermodel Kendall Cenner və onun yeni sevgilisi, aktyor Ceykob Elordi Tokioda romantik görüş zamanı görüntüləniblər.

OLAY yazır ki, cütlük yerli restoranlardan birində görünüb. Restoran əməkdaşları onlardan birlikdə şəkil çəkdirməyi xahiş edib və Kendall ilə Ceykob ilk dəfə birlikdə foto üçün poz verməyə razılaşıblar.

Xatırladaq ki, 30 yaşlı supermodel Kendall Cenner və 28 yaşlı avstraliyalı aktyor Ceykob Elordi arasında eşq şayiələri 2026-cı ilin yazında başlayıb. O vaxt onlar Los-Ancelesdə bir neçə dəfə qapalı məclislərdə birlikdə görülüblər. Daha sonra paparatsilər onları Havayda istirahət edərkən görüntüləyiblər.

Kendal və Ceykobun romantik Tokio görüşü