Melis İşitenin təqdim etdiyi “Zaten Şou” proqramına qonaq olan aktrisa Aybüke Pusat etdiyi açıqlamalarla diqqət çəkib.
OLAY yazır ki, Pusat bir mübahisə zamanı mövqeyini izah edərkən bunları deyib:
“Bir davada qarşımdakını incidərəm, onu intihara sürükləyərəm, onu məhv edərəm. İnanılmaz dərəcədə əsəbləşdirərəm, bütün həvəsini qaçıraram. Və bunu sakit şəkildə edərəm.”
Proqramdakı bu açıqlamaların qısa zamanda sosial media platformalarında yayılmasından sonra bir çox istifadəçi mövzu ilə bağlı fikir bildirib. Xüsusilə “intihara sürükləyərəm” ifadəsi geniş tənqidlərə səbəb olub.