WOW
WOW

Xalq artistinin keçmiş xanımının vergi orqanlarına borcu var!

Xalq artistinin keçmiş xanımının vergi orqanlarına borcu var!

Rusiyanın Xalq artisti Anna Netrebkonun vergi orqanlarına borcu yaranıb.

OLAY “Mash” teleqram kanalına istinadən yazır ki, opera və vokal ifaçısının borcu 53 min rubldur (təxminən 1100 manat).

Rusiyada xüsusi hərbi əməliyyatı (Rusiyanın Ukraynaya hücümü – red.) tənqid edən Annanın hələ də aktiv konsert şirkəti var.

İlkin olaraq, onun borcu fərdi sahibkarlıq fəaliyyəti üçün sosial ödənişlər ödəmədiyi üçün yaranıb. 

Diqqət çəkən odur ki, kontaktlar siyahısına Netrebkonun keçmiş ərinin e-poçt ünvanı daxildir. Bildirək ki, yazıda onun birinci və ya ikinci həyat yoldaşı olduğu yazılmayıb. 

Qeyd edək ki, A.Netrebkonun ikinci həyat yoldaşı Azərbaycanın Xalq artisti Yusif Eyvazov olub. Keçmiş cütlük bir çox konsertdə birlikdə çıxış edirlər. Anna xüsusi əməliyyat başlayandan vətəni Rusiyada çıxışını dayandırıb. Netrebko Sürix Opera Evi və Londondakı Kovent Qardendə səhnəyə qayıdacaq.