Xalq artisti Röya Ayxan Avroviziya qalibimiz Nigar Camalla “Altın Kelebek”də yaşadığı qalmaqaldan danışıb.

OLAY yazır ki, estrada ulduzu bu barədə “Pərvizə görə”də açıqlama verib.

“Nigarı öpürəm. “Bu” sözünü sevmirəm, evdə də kiməsə elə müraciət edəndə üzr istəyirəm. İnanmıram ki, o qız elə söz demişdi. Artıq inanmıram. Bu davanı da yalandan etmişdilər. O qız mənə elə sözlər deməyib. Hər şey zamanla öz yerinə oturur. İndi heç kimdən küsə bilmərəm”, - deyə, sənətçi bildirib.