“Qızıl Pəri” peşə mükafatının 2025-ci il müsabiqəsi və Professional Kinorejissorlar Gildiyasının təsis etdiyi mükafatlandırma mərasimi baş tutub.
OLAY yazır ki, mərasimdə kino sahəsindən bir çox sima mükafatlandırılıb.
“Ən yaxşı rejissor işi” Asif Rüstəmova “Mərmər soyuğu” filminə görə verlib.
“Ən yaxşı tələbə filmi sənədli” Ataxan Əliyevin “Rənglərin kölgəsi” olub, “Ən yaxşı bədii tələbə işi” Şirin Həmidovun “101 addım” filmi olub, “Ən yaxşı sosial çarx” nominasiyası üzrə ödül Xanlar Ağayevə, “Uşaq filmləri” kateqoriyasında isə Rüfət Şahbazova “Mən Lalə Şerlok Xolms” serialı üçün verilib.
“Ən yaxşı kino haqqında kino” İmam Məcidovun “Ocaqov dünyası”, “Ən yaxşı film portret” Yavər Rzayevin “Millət naminə”si seçilib.
“Ən yaxşı səs rejissoru” “Vaqifin filmi” layihəsinə görə Tariyel Həsənzadəyə, “Ən yaxşı qrim” də eyni film üçün Adelyaya təqdim edilib.
“Ən yaxşı geyim rəssamı” “Tağıyev.Neft” filmi üçün Vüsal Rəhimə,”Ən yaxşı montaj” “Vaqifin filmi” üçün Əsgər Rəhimova verilib.
“Ən yaxşı TV bədi film” mükafatı “Ramiz Həsənoğlunun sonuncu filmi” üçün AzTV-yə, “Ən yaxşı TV qısametrajlı sənədli TV filmi” CBC-dən Məzahir Həşimova, “Ən yaxşı TV filmlərin rejissoru” AzTV-dən Pərviz Həsənova gedib.
“Ən yaxşı animasiya filmi” “Məsud pənahi”, “Ən yaxşı qısa metrajlı bədii film” “Mehdi”, “Qısametrajlı sənədli film” Cavidan Şərifovun “Şuşa, sən azadsan”ı, “Ən yaxşı tammetrajlı sənədli film” Nizami Abbasın “Silahdaşlar”ı, “Ən yaxşı TV serial” “Əqrəb mövsümü” olub.
“Ən yaxşı aktyor” “Həyat deyəsən gözəldir” filminə görə, Hikmət Rəhimova, “Ən yaxşı aktrisa” mükafatı isə Şəlalə Şəhvələdqızına təqdim olunub.
“Ən yaxşı musiqi” “Məryəm” filminə, “Ən yaxşı təsvir rejissoru işi” “Həyat deyəsən gözəldir” üçün Orxan Abbasova, “Ən yaxşı orijinal ssenari” “Səpələnmiş ölümlər arasında” Hilal Baydarova gedib.
“Ən yaxşı prodüser” “Tağıyev.Neft” filminə görə Bakı Media Mərkəzindən Orman Əliyevə, “Ən yaxşı bədii film” mükafatı isə rejissor Vaqif Mustafayevin filmi “Həyat deyəsən gözəldir”ə verilib.