Xalq artisti Röya Ayxan aparıcı Afaq Gəncəli ilə illər öncə yaşadığı qalmaqaldan danışıb.
OLAY yazır ki, bu barədə estrada ulduzu “Pərvizə görə”də açıqlama verib.
Sənətçi Afaqın onu düzgün təqdim etmədiyini bildirib:
“Toylarda təqdimat məsələsi məni narahat edir. Buna görə, Afaqdan küsmüşəm. Sözümü həm qulağına, həm də mikrofona demişəm. Elə bil məni təqdim etməyə qorxdu . Bilirsiz nə dedi? “İndi isə oxuyur populyar Röya!”. Dedim, ay qız nə danışırsan? Onda mən də deyim ki, 50 il bundan əvvəlki maqazin verilişi “10lar”ın aparıcısı? Amma hamımız səbi Afaq Gəncəli kimi tanıyırıq. Düzdü, sonradan bu problemo həll etdik. Amma yenə də ürəkdən təqdim edə bilmir. Nəsə var o qızda, ya qorxur, ya da… Bəlkə də indi təqdim edə biləcək. Başa düşdün də. Mən kiməmsə, necəyəmsə, elə də təqdim etsinlər. 25 ilimi verdim ki, desinlər, “İndi isə oxuyur, populyar müğənni Röya?”. Məni qəşəng, ürəkdən təqdim etsinlər”.