Dünyaca məşhur futbolçu Kristiano Ronaldonun mükafatlandırma gecəsindəki çıxışı gündəm olub.

OLAY yazır ki, Ronaldo 28 Dekabr 2025-də Dubayda keçirilən Globe Soccer Awards 2025 mərasimində “Yaxın Şərqin ən yaxşı futbolçusu” (Best Middle East Player) mükafatına layiq görülüb. Bu mükafat onun 2025-ci il ərzində həm klub səviyyəsində (Al-Nassr), həm də milli komanda ilə göstərdiyi yüksək performansa görə verilib.

Mükafatını aldıqdan sonra kürsüdə çıxış edən futbolçu bu sözləri deyib: “İnşallah zədə almaram və bu il 1000-ci qolumu ataram”. Dəfələrlə xristian olduğunu açıqlayan futbolçunun bu çıxışı dünya mediasında gündəm olub.

Ronaldonun “İnşallah” kəliməsi gündəm oldu Ronaldonun “İnşallah” kəliməsi gündəm oldu Ronaldonun “İnşallah” kəliməsi gündəm oldu