WOW
WOW

Elçindən “Sənsiz gecələr”!

Elçindən “Sənsiz gecələr”!

Dayanmadan yeni layihələr üzərində çalışan və ard-arda keyfiyyətli musiqilər təqdim edən müğənni Elçin Cəfərov yeni layihəsi “Sənsiz gecələr” mahnısını və ona çəkilmiş klipi izləyicilərin ixtiyarına verib.

OLAY yazır ki, sözləri Orxan Mürvətli və Tural Xaniyə, musiqisi isə Elçin Cəfərovun özünə məxsus olan mahnının aranjemanı istedadlı musiqiçi Elvin İmanova həvalə olunub. Mahnının duyğusunu tamamlayan zərif gitar ifaları isə İntizar Məmmədzadəyə məxsusdur.

Həm məna, həm də vizuallıq baxımından öz orijinallığı ilə seçilən klipin rejissoru Ali Zamansoy, prodüseri isə Alim Kərimovdur. "Sənsiz gecələr" mahnısı istər klipin romantik atmosferi, istərsə də Elçin Cəfərovun əvəzsiz ifası ilə gecələrin səssizliyində yaşanan dərin duyğulara güzgü tutacaq.

Ekran işi Elçin Cəfərovun "youtube" kanalı ilə yanaşı bütün rəqəmsal musiqi platformalarında yayımdadır.