Mərhum pop ulduzu Maykl Ceksonun qızı Peris Cekson artıq sosial şəbəkələrdə atası ilə bağlı təfərrüatları paylaşmağın vacib olmadığını bildirib.
OLAY yazır ki, 28 yaşlı müğənni və aktrisa etiraf edib ki, əvvəllər 2009-cu ildə, o cəmi 11 yaşında olarkən vəfat edən atası haqqında ictimai şəkildə danışmağa özünü sanki borclu hiss edirdi.
“Elə bir dövr olub ki, hər şeyi paylaşmalı olduğumu düşünmüşəm. Amma son bir neçə ildə bu fikir tamamilə dəyişib, çünki artıq heç kimin heç kimə nəsə borclu olduğunu hiss etmirəm. Başa düşürəm ki, onunla özəl münasibətim ola bilər və bunu gizli saxlamaq hüququm var. Atamla münasibətim mümkün olan ən gözəl münasibətdir. Mən bunu sevirəm və bu, başqasının işi deyil” deyə Peris bildirib.