54 yaşlı amerikalı reper Snup Doqq yeni ailə fotosessiyasından kadrlar paylaşıb.

OLAY yazır ki, sənətçi Şante Brodus ilə evlidir və bu evlilikdən onların üç övladı var. Bundan əlavə, reperin əvvəlki münasibətindən bir oğlu da var. Cütlüyün artıq altı nəvəsi olduğu bildirilir.

Qeyd edək ki, Snup Doqq və Şante Brodusun evliliyi rep sənayesində ən möhkəm münasibətlərdən biri kimi tanınır: onlar hələ məktəb illərində tanış olublar və sənətçinin xəyanətlərinə baxmayaraq 28 ildən çoxdur evlidirlər. Ümumilikdə onların üç ortaq övladı var: oğulları Kordell Brodus və Kord Brodus və qızları Cori Brodus.

Snup Doqq ailəsi ilə kamera qarşısında! Snup Doqq ailəsi ilə kamera qarşısında! Snup Doqq ailəsi ilə kamera qarşısında! Snup Doqq ailəsi ilə kamera qarşısında!