Aktrisa Demi Mur nəvəsi ilə bağlı qəyyumluq işi üzrə məhkəmədə ifadə verib.
OLAY yazır ki, aktrisanın qızı Rumer Uillis və onun keçmiş partnyoru hazırda övladlarının qəyyumluğu uğrunda mübarizə aparır. Mur məhkəmədə qızını dəstəkləyərək bildirib ki, uşağın atası, musiqiçi Derek Tompson evdə keçirilən doğuş zamanı aqressiv davranıb və münasibətləri boyunca qızını nəzarətdə saxlayaraq onu sıxışdırıb.
“Hamiləliyin əvvəlindən Rumerin daim stress içində olduğunu müşahidə edirdim. Əvvəlcə bunun qismən hormonlarla bağlı olduğunu düşünürdüm, xüsusilə də hamiləlik qısa münasibətdən sonra baş verdiyi üçün. Zaman keçdikcə onun davranışlarının çox qəribə olduğunu və hər zaman özünü və ehtiyaclarını ön plana çəkdiyini gördüm” deyə Demi Mur bildirib.