WOW
WOW

Keçmiş “Lider”in rəhbərinin xanımının iti yoxa çıxıb

Keçmiş “Lider”in rəhbərinin xanımının iti yoxa çıxıb

Keçmiş “Lider” televiziyasının rəhbəri Ədalət Əliyevin həyat yoldaşı, iş xanımı və bloger Nailə Əliyevanın başına iş gəlib.

OLAY yazır ki, N.Əliyeva instaqram səhifəsində 15 yaşlı “Viski” adlı itinin itkin düşdüyü haqda məlumat yayıb.

Bilgah ərazisində ev heyvanının itkin düşdüyünü yazan iş xanımı iddia edib ki, onu kimsə götürüb:

“Bilgəhdə 7 gün əvvəl itimiz evdən qaçdı. Bilirik ki, bizim “Viski”ni kimlərsə götürüb. Onun 15 yaşlı var, qocadır, onun üçün bu böyük stresdir. Bizi də, 15 illik dostumuzu da bu stresdən qurtarın. Qaytarana böyük mükafat veriləcək”.

Növbəti paylaşımında Nailə Əliyeva “Viski”nin tapılması üçün 16 nəfərlik axtarış qrupu yaradıldığını, onların Bilgəh və Nardaran qəsəbəsində itin axtarışını apardıqlarını vurğulayıb.