“Nə qədər ki, oğlumuz üçün qız alırıq... Kartof, inək, pampers aldığımız kimi... Nə qədər qızlarla oğlanların evlənməklə bağlı bərabər hüququ yoxdur... Bəli, yoxdur! Siz qız olaraq mənə elçi gələ bilərsiniz? Atanızı və ananızı mənə elçi göndərə bilərsiniz? Bu mümkün deyil! Mentalitet bunu qəbul etmir”.
OLAY yazır ki, bu sözləri kulturoloq, yazıçı Aydın Xan Əbilov ekspert qismində iştirak etdiyi “Çıxış yolu” verilişində deyib.
Proqramın aparıcısının “Siz istəyirsiniz ki, Azərbaycanda qızlar oğlanlara elçi getsinlər?” sualına Əbilovun cavabı belə olub:
“Niyə getməsinlər? Harada yazılıb ki, oğlan qıza elçi geməlidir? Səbəbini mən sizə deyirəm... Yalnız bərabər hüquqlu insanlar normal ailə qura bilər. Qurmayan isə mənim kimi olacaq”.