Gənc ifaçı Melay doğum günü ərəfəsində yeni layihəsini təqdim edib.

OLAY yazır ki, müğənni noyabrın 27-də “Bambaşka biri” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.

Mahnının həm sözləri, həm də musiqisi Melayın özünə məxsusdur. Beləliklə, “Bambaşka biri” Melayın duyğularını, düşüncələrini və musiqi dünyasını öz imzası ilə ifadə etdiyi yeni layihədir.

Yeni mahnı kliplə birlikdə təqdim olunub. Ekran işi iki fərqli məkanda studiyada və İsmayıllada lentə alınıb və çəkiliş 2 gün davam edib.

Onu da qeyd edək ki, mahnı türk dilində dinləyicilərin ixtiyarına verilib.

Melay üçün bu təqdimatın özəl tərəfi isə mahnının məhz doğum günündə işıq üzü görməsidir. O, yeni yaşına yeni musiqi ilə qədəm qoyur və dinləyicilərinə ən gözəl hədiyyəsini “Bambaşka biri”ni təqdim edib.

Klipi noyabrın 27-dən etibarən YouTube platformasında izləmək, mahnını isə rəqəmsal musiqi platformalarında dinləmək mümkün olacaq.