Azərbaycan estradasının ulduzu, Əməkdar artist Xumar Qədimova yeni layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi “İncimərəm” adlı mahnısını kliplə birlikdə musiqisevərlərin ixtiyarına verib.
Mahnının musiqisi Xumar Qədimovaya, sözləri Əli Vəlioğluna məxsusdur. Klipin rejissoru Natiq Novruzovdur.
Qeyd edək ki, Xumar Qədimova bir müddət əvvəl pərəstişkarlarına ard-arda yeni layihələr təqdim edəcəyinin sözünü vermişdi. “İncimərəm” həmin vədin növbəti təzahürüdür