Əməkdar artist Babək Niftəliyevin başına iş gəlib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Niftəliyev bildirib ki, toya dəvət alsa da, həmkarları onun səhnədə çıxış etməsinə imkan yaratmayıblar:
“Bu yaxınlarda bir toyda oldum. İmkanlı, hörmətli şəxsin qızının toyu idi. O şəxs məni məclisə dəvət elədi. Məclisdə bir çox Xalq artistləri və estrada ulduzları iştirak edirdi. Mənim yanımda da hörmətli bir sənətkar da var idi. Hamı oxudu, biz gözlədik. Düşündük ki, bir azdan bizə də söz verəcəklər. Az gözlədik, çox gözlədik saat oldu 23:00. Qonaqlar da bizə yaxınlaşıb “Babək müəllim, niyə siz oxumursunuz?” sualını verirdilər. Cavab verdim ki, nə vaxt söz verərlər, biz də o zaman ifa edərik. Məclisdə ifa edən müğənnilər çox yaxşı qonorara gəliblər. Bilirsiniz hansı müğənnilərdən söhbət gedir? Həmin o sənətkarla yan-yana əyləşdik, tamaşaçı kimi məclisdə çıxış edən müğənnilərə baxdıq. O imkanlı şəxs biz oxumadan hərəmizin cibinə 2000 manat pul qoydu. Məclisin sonunda gəlin atasına deyib ki, toyumda başqa müğənnilər yox, elə bu ifaçılar oxusun. Biz də oxumaya-oxumaya 2000 manat aldıq. Həm bir az yaxşı görünür, həm də yaxşı görünmür. Adam qalır belə...”.