WOW
WOW

“Nənə və babalar bütün günü “TikTok”dadır”

“Nənə və babalar bütün günü “TikTok”dadır”

“Mən qalmaqalsız müğənnilərdənəm. Xoşlamıram bu kimi məsələləri, çünki təbiətim budur”.

OLAY yazır ki, bu sözləri müğənni İzzət Bağırov “Künc-bucaq” verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, bir sıra məşhurlar sənətləri ilə deyil qalmaqalları ilə gündəmə gəlirlər:

“Mənim özüm üçün də maraqlıdır. Hərdən özümə sual verirəm ki, görəsən niyə filan müğənni oxumağı, klipi, gördüyü layihələri ilə deyil, davası, qırığını, sataşması, söz atmağı, geyimi ilə gündəmə gəlir. Baxıb görürsən ki, həmin o bəzi müğənnilər “TikTok”da və hər hansı başqa sosial şəbəkədə canlı yayım açır və ona yüz minlərlə insan baxır. Orada 99 faiz insan onu orada təhqir edir, ağzına gələn söyüşləri söyür, alçaldır amma yenə də oradadır. Əgər sən onu söyürsənsə, bəyənmirsənsə, xoşuna gəlmirsə, buna qıcığın varsa və əsəbin varsa niyə onun səhifəsinə və ya canlısına daxil olursan?”

Bir çox ailələrdə sosial şəbəkəyə olan marağın artmasından söz açan Bağırov bu halın xoş təəssürat yaratmadığını bildirib: 

“Bu gün görürsən ki, əlində təsbeh tutub zikr etməli və nəvələri ilə oynamalı olan ağbirçək bir nənə bütün günü “TikTok”dadır. Baba, nənə, ata, ana, övlad, məktəbli, tələbə hətta körpə uşaq da “TikTok”dadır. Körpənin də başını qatmaq üçün telefonu əlinə veriblər. Bütün ailə “TikTok”dadır. Hamı da onlarınm səhifələrinə daxil olur. Çünki onlara onlar maraqlıdır. O da baxıb görür ki, yaşından fərqi olmayraq bütün nəslin nümayəndələri onun izləyicisidir...  Sonra deyirik ki, bu niyə belə oldu? O özü heç nə eləmədi ki... Onu kim qaldırıb, yüksəltdi, ucaltdı? Biz yəni camaat elədi də...”