Aktrisa Zülfiyyə Qurbanova Kinematoqrafçılar İttifaqının sədr seçkisində Əməkdar incəsənət xadimi Müşfiq Hətəmovla yaşadığı qalmaqaldan danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Pərvizə görə”da açıqlama verib:
“İclasa seçki üçün getmişdim, çəkilişim var idi. Oradan çıxıb çəkilişə qaçmalıydım. Çəkiliş üçün məni çağırırdılar. Mən Əli İsa müəllimi səs vermək və səsimin qeydə alınmağını istəyirdim. Bu, yönləndirilmiş fikir deyildi. Öz gördüyümü deyirəm, bizə festivallarda göstərilən hərtərəfli dəstəyi nəzərdə tuturam. Dedilər, getsən, nəzərə alınmayacaq səsin, ancaq tribunaya çıxmalısan ki, üzrlü səbəblərdən gedəcəyəm. Mən də çıxdım, çıxışım qısa idi. Bir də gördüm hadisələrin içindəyəm. Çalışdım ki, özümü kontrolda saxlayım, çünki insan əsəbiləşəndə özündən çıxa bilər. Orada sadəcə təəccübləndim, qarşımdakı insanı tanıyırdım, vaxtında hansı vəzifəyə xidmət etdiyini, indi hansı vəzifəni tutduğunu bilirdim. Biz 2014-cü ildə Kann Film Festivalında olanda yanımda dayanıb şəkil çəkdirməyi beynimdə qarışıqlıq yaratdı. Fikirləşdim ki, nə baş verir? Mənimlə bilavasitə əlaqə saxlamadı. Başqalarına nəsə demiş ola bilər”.