Məşhur qorxu filmi “Zəng”də “Samara Morgan” obrazı ilə tanınan aktrisa Deyvi Çeyz 35 yaşında vəfat edib.
OLAY yazır ki, ölümə səbəb meningit və qanda yaranmış infeksiya olub. İnfeksiya fonunda aktrisada sepsis inkişaf edib və bu da orqan çatışmazlığına gətirib çıxarıb.
İyunun əvvəlində Deyvi Çeyz gücdən düşmə və qidalanma problemləri səbəbindən Los Anceles şəhərində xəstəxanaya yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.