Türk istehsalı "Ateş Denizi" serialının Beykoz Kundura Fabrikası ərazisində qurulan çəkiliş meydançasına polis basqın edib.

OLAY yazır ki, polis əməkdaşları serialın baş rol aktyoru Erdem Kaynarcanı saxlayıblar.

Son məlumata görə, Beykozdan Halkalı Narkotik Şubenə aparılan Erdem Kaynarca ifadəsi alındıqdan, saç və qan nümunələri götürüldükdən sonra sərbəst buraxılıb.

Serial çəkimi vaxtı saxlanıldı!