WOW
WOW

“Ağlım olsaydı, çoxdan özümü Aygün Kazımovaya oxşadardım”

“Ağlım olsaydı, çoxdan özümü Aygün Kazımovaya oxşadardım”

“Özümü Aygün Kazımovaya oxşatmayım, bəs kimə oxşadım? Ağlım olsaydı, özümü Aygünə çoxdan oxşadardım”.

OLAY yazır ki, bu sözləri müğənni Xatun jurnalist Türkan Məmmədlinin təqdimatında RTV-də yayımlanan “Çərçivədən kanar” verilişində deyib.

Aparıcının “Niyə özünü Xalq artisti Aygün Kazımovaya bənzədirsən?” sualına sənətçi belə cavab verib:

“Komandamda çalışanlar hamısı Aygün Kazımovanın fanatıdır. Biz onunla qidalanırıq. Əgər indi mən ona oxşayıramsa... Mən istəsəm də belə Aygünə oxşaya bilmərəm. Biz tamam fərqli xanımlarıq. O, “şamplenadır”, mən isə “şanklikoşa”. Mən ona oxşamıram. Xatun obrazı var. Amma bu gün gör-götür dünyasıdır. O özü də mənim dəyişikliyimdən çox razıdır. O boyda divadır, qoy ona oxşayım. Əynimdə olan bu şalvardan bir Aygündədir, bir də məndə”.

Xatun sənət aləmində dırnaqarası dostluqdan söz açıb. O bildirib ki, başına gələn xoşagəlməz hadisələrdən sonra müdriklər kimi düşünməyə başlayıb:

“Bəzi müğənnilər var ki, onları çarəsiz vaxtımda tanımışam. Mənə haqsızlıq ediblər deyə, yenidən onlarla niyə üz-göz olum? Bir insan bir dəfə o səhvi edir. Yəni mən bir dəfə o səhvi etdim. İndi mən başqa bir statusdayam. Misal üçün mən sənə inanıram. Sən mənə deyirsən ki, bildin Xatun başqa bir insan başıma nə oyun açdı. Mən də o insanı yaxşı adam bilirəm. Sual verirəm ki, nə etdi sənə? Cavab verir ki, onunla yola çıxmışam. Amma sənə inanıram. Artıq özüm də düşünürəm ki, əgər o insan sənə bunu edibsə, gör mənə nə edər? Diri-diri udar. Ona görə müdrik olmaq lazımdır. Dost azdır. Mənə deyilən sözlərin çoxuna inanmıram”.