Müğənni Cavid Məmmədov “Qarabağ” futbol klubuna mahnı həsr edib.
OLAY yazır ki, ifasını yutub kanalında yerləşdirən Cavid bunları deyib:
“Hər kəs öz sevincini paylaşır ,hər kəs sevinir və “Qarabağ”ımızla qürur duyur. Mən də bir yaradıcı insan olaraq öz hisslərimi, sevincimi elə sevinc göz yaşları ilə yazdığım bu bəstədə ifadə etdim. Çox istəyərdim ki bu mahnı “Qarabağ” futbol klubunun himni olsun. Və bütün stadionda hər kəs əzbər oxusun. Necə ki, Avropada azarkeşlər bir yerdə öz komandaları üçün ifa edirlər. “Qarabağ” haqqında çəkilən filmi izlədim daha sonra tam olaraq sözləri və musiqini yazdım, dostum Həsən Ağayevə yolladım. Bu mahnıda əsl stadion ab-havasını yaratdıq. Sponsor axtarışında idim, təəssüf ki, bu mahnını ekranlaşdıra bilmədik. Düşünürəm, gələcəkdə bu baş tutacaq. “Qarabağ” səninlə fəxr edirik, qürur duyuruq. Sənə qələbə yaraşır”.