Aparıcı İlkin Həsəni 2001-ci ildə Bakı küçələrində çəkdiyi fotoları süni intellektlə canlandırıb.
OLAY yazır ki, bu barədə instaqramda paylaşım edən sənətçinin çəkdiyi şəkillərdən birində ailə təsvir olunub. 24 il sonra həmin ailənin üzvlərindən biri İlkinə mesaj göndərib.
“Axşamınız xeyir İlkin bəy. Bu sondakı ailə - mən, atam, anam və bacımdır. Bilmirəm necə başa salım, hansı hisslər keçirirəm. Çox sağ olun bu şəkil üçün. Çox duyğulandım, hətta əvəzedilməz bir hissdir deyə bilərəm. Böyük bir hədiyyə almış kimi varam. Sizə sonsuz minnətdarlığımı bildirirəm”, - deyə, fotodakı oğlan aparıcıya yazıb.
İLKİNİN ÇƏKDİYİ DİGƏR FOTOLAR: