Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ölkəmizdə tətbiq olunan vahid məktəbli formasına dəstək verdiyi üçün bəzi türk vətəndaşlar tərəfindən ünvanına yazılan tənqid və təhqirlərə cavab verib.

OLAY yazır ki, bu barədə Nəsrin sosial media hesabında açıqlama yayıb:

“Son günlər sosial media vasitəsilə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan ittihamlarla aparılan qaralama kampaniyasını diqqətlə izləyirəm.

İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığımı və ya inanclara olan hörmətimi sorğulamağa haqqı yoxdur.

Hər hansı bir paylaşımı bəyənməyim üzərindən mənə aid olmayan fikirlərin mənim adıma çıxılmasını, tənqid həddini aşan təhqirləri və şəxsiyyət hüquqlarıma yönələn hücumları qəbul etmirəm.

Bu proses çərçivəsində təhqir və şəxsiyyət hüquqlarının pozulması xarakteri daşıyan paylaşımlarla bağlı sübutlar müəyyənləşdirilib, məsələ bütün hüquqi və cinayət-hüquqi aspektləri ilə vəkillərimə həvalə edilib. Məsul şəxslərlə Türkiyə məhkəmələri qarşısında hesablaşacağam.

Bundan əlavə, bu prosesin nəticəsində təyin ediləcək və tutulub alınacaq bütün təzminat məbləğlərini uşaqlarımızın təhsilinə dəstək məqsədilə [Darüşşafaka Cəmiyyətinə / Türk Təhsil Fonduna] bağışlayacağımı ictimaiyyətə bildirirəm.

Kimliyim, inancım və dəyərlərim üzərindən aparılan heç bir nüfuzdan salma cəhdinə boyun əyməyəcəyəm”.

”Heç kimin türklüyümü sorğulamağa haqqı yoxdur” - Nəsrin ”Heç kimin türklüyümü sorğulamağa haqqı yoxdur” - Nəsrin ”Heç kimin türklüyümü sorğulamağa haqqı yoxdur” - Nəsrin