Müğənni Keti Perrinin keçmiş həyat yoldaşı, 51 yaşlı komediya aktyoru Rassel Brend, zorlama ittihamları ilə bağlı məhkəmə iclasında şöhrətindən və uğurundan qadınlarla cinsi münasibətlər qurmaq üçün sui-istifadə etdiyini bildirib.

OLAY yazır ki, o, həyatının əhəmiyyətli bir hissəsini düşünülməmiş münasibətlərə sərf etdiyini etiraf edib.

Rasselin sözlərinə görə, o, tanınmışlığından düşüncəsiz şəkildə sui-istifadə edib və şöhrətinin qadınlarla yaxınlıq qurmağı asanlaşdırmasına rahatlıqla imkan verib. Lakin indi bunun yanlış olduğunu qəbul edir.

Bununla belə, aktyor bütün münasibətlərinin qarşılıqlı razılıq əsasında qurulduğunu iddia etməkdə davam edir. “Razılıq cinsi əlaqənin özündən daha vacibdir” deyə Brend vurğulayıb.

Xatırladaq ki, Rassel Brend barəsində cinayət məhkəməsi prosesi oktyabrın ortalarında Londonda başlayıb. Altı qadın məhkəməyə müraciət edərək onu zorlama və cinsi xarakterli zorakılıq da daxil olmaqla, yeddi maddə üzrə ittiham edib. Hadisələrin 2006–2013-cü illər arasında baş verdiyi bildirilir.

Komediya aktyoru ittihamları qəbul etmir. O, bir neçə ay əvvəl isə 30 yaşında olarkən 16 yaşlı qızla cinsi münasibətdə olduğunu etiraf edib.

“Şöhrətimdən seks üçün sui-istifadə edirdim” “Şöhrətimdən seks üçün sui-istifadə edirdim”