“Eurovision 2011” qalibimiz Nigar Camal ötən günlərdə məkanların birində səhnə alıb.
Sənətçi səhnəarxası OLAY-ın suallarını cavablandırıb. “Səs Azərbaycan” yarışması ilə bağlı danışan ifaçı “Təklif gəlsə, Eldarla eyni kürsüdə jüri kimi əyləşmək istəyərdiniz sualına belə cavab verib:
“Qonşuluqda yaşayır da, bir də onunla eyni kresloda əyləşim? Qoy, mənsiz otursun. Gül kimi xanımlar var orada. İnstaqramda qarşıma çıxanda baxmışam. Çox TV-yə baxmıram. Məncə, çox maraqlıdırlar, peşəkar və gözəl alınıb. Dördü də çox fərqlidir. Gözəl görünür. Əgər jüri təklifi olsa, qəbul edərəm. Niyə də yox?”.
Qeyd edək ki, N.Camal bir neçə il öncə Kanal D-də yayımlanan “X Factor Türkiye” yarışmasında jürilik edib.