Mən anlaya bilmirəm ki, Nigar belə bir potensialla niyə heç bir iddiada deyil? Bu qədər ərincəklik, iddiasızlıq olar?
İnsan sənətə gəlir ki, pillə-pillə nəyəsə nail olsun. Biri “Əməkdar artist” adı almaq üçün çabalayır, biri “Xalq artisti” adı almaq üçün. Belə-belə bu “Şərəf ordeni”nədək uzanır. Bəlkə də Nigar Azərbaycan üçün “Eurovision”dan o tərəfi görmür deyə beynəlmiləl həvəssizlik yaşamış da ola bilər.
Halbuki Dima Bilan, Berksanla olan xarici layihələrlə daha yüksəkdə qərarlaşa bilərdi. “X Factor Türkiye” kimi layihənin münsifi olasan, bu qədər dünya mediasında haqqında xəbərlər çıxa, ingilis dilini ana dilin kimi biləsən, amma Şəbnəm Tovuzlu gələ deyə ki, mən Nigardan yaxşı oxuyuram. Nəysə, mövzu bu deyil. Tənbəl olmasa, ailəsinə, xoşbəxt olmağa, ulduz həyatı yaşamaqdansa, sadə həyata üstünlük verməsə, indi çox başqa yerlərdə idi. Onun bu bivecliyi məni öldürəcək. Bir də xaos dolu İnstaqram hesabı…
Sanki bir müğənninin yox, hansısa adi istifadəçinin profilidi, normal fotoları yalnız arxeoloji qazıntılar edərək tapmaq olar.
Ümid edirəm, bundan sonra diqqət edərsiniz (etmədi)...