WOW
WOW

Fatimə onlara cavab verdi, qızı dəstək çıxdı

Fatimə onlara cavab verdi, qızı dəstək çıxdı

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkələrdə ona mənfi rəy yazan izləyicilərə cavab verib.

OLAY yazır ki, o instaqramda video paylaşaraq bu sözləri deyib:

“İki gün əvvəl bir efirdə xahiş etdim ki, səhifələrdə mənim videolarımı paylaşarkən rəy bölməsini bağlayın. Şərh yazanların ağzını yummaq mümkün deyil. Mən şərhləri oxumuram, əsəbiləşmirəm. Amma övladlarım oxuyur. Niyə sizə görə mənim uşaqlarım əsəbiləşməlidir? Siz evinizdən, ailənizdən xəbəri olmayan lazımsız insanlarsınız,telefon arxasında şirə dönürsünüz. Buna görə sizə pul verirlər? Sizin işiniz, peşəniz olsa, oturub elə şeylər yazmazsınız. Bəziləri də mənim düşmənlərimin işidir. Niyə içinizdəki neqativi mənə yazırsınız? Nə istəyirsiniz? Kimin çörəyini, kimin ərini əlindən almışam? Kimə pislik etmişəm? Başımı salıb aşağı öz həyatımı yaşayıram,övladlarımı, nəvələrimi böyüdürəm, öz halal zəhmətimlə. Övladlarım məndən niyə utansınlar? Onlar mənimlə fəxr edirlər. Əl çəkin, camaat öz həyatını yaşasın”.

Qızı Aydan onun paylaşımına rəy yazaraq ona dəstək olub:

 “Kimin nəyi yoxdur həmişə ondan danışır. Qeyrətdən, namusdan danışanlar əslində ondan uzaq insanlardır. Ana, səninlə fəxr edirəm”.