WOW
WOW

“İstəyirsən küçədə mənə “erməni” desinlər?”

“İstəyirsən küçədə mənə “erməni” desinlər?”

Xalq artisti Məbud Məhərrəmov APA-ya müsahibə verib.

OLAY yazır ki, o, “Ramiz Həsənoğlu sizi “Nigarançılıq” teletamaşasında erməni obrazı Arakelovu canlandırmağa dəvət edəndə tərəddüd etdinizmi?” sualına belə cavab verib:

“O vaxt Moskvadan yeni qayıtmışdım, orda çox ağır cərrahiyyə əməliyyatı keçirmişdim. Vəziyyətim yaxşı deyildi, bütün günü evdə olurdum. Günün birində Ramiz müəllim zəng edib bizə gəldi, “Nigarançılıq” barədə danışdı və erməni rolunu təklif etdi. Dedim, ay Ramiz müəllim, gül kimi “Tabutik” adım var, sən istəyirsən küçədə mənə “erməni” desinlər? Sonradan razılaşdım. Ramiz müəllim məşq üçün səhnənin maketini də evimizə gətirirdi. Bu rol elə də böyük deyildi. Mən onun üzərində işlədim, müəyyən əlavələr elədim. Axırda Ramiz müəllim dedi ki, daha bəsdir, saxla, deyəcəklər, ermənini baş qəhrəmana çevirirsən. İndi də titrlərdə birinci Qurbanəli bəyin adı yazılır, qarşısında Yaşar Nuri, ikinci Arakelov, qarşısında da Məbud Məhərrəmov”.