Müğənni Cavad Rəcəbovun efirdə halı pisləşib.
OLAY yazır ki, o, Rəngarəng-də olarkən qəfil səhhətində problem yaranıb.
12:16-da halı pisləşən ifaçı üçün 12:20-də Təcili Tibbi Yardım özünü ATV-nin binasına çatdırıb.
Proqramın aparıcısı Zaur Nəbioğlu bildirib ki, Təcili Tibbi yardım işçiləri müğənniyə ilkin yardım göstəriblər. Müğənnin qanındakı şəkər göstəricisi 229, təzyiqi isə 170 olub.
Veriliş bu kadrlarla yekunlaşıb.