Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucukun Bakı konsertində dəyişiklik olub.
OLAY yazır ki, “Caspian Media Group”un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyilə 2 gün nəzərdə tutulan “Sherley Valentine” tamaşası cəmi 1 gün – 5 oktyabrda baş tutacaq. Buna səbəb aktrisanın Avstrasliyaya olan qastrol səfəridir.
Qeyd edək ki, ikipərdəli mono tamaşa gündəlik həyatının darıxdırıcılığında itib-batan və bir çox qadınlar kimi yuxularını belə unudan Şörli Valentaynın hekayəsidir.
Çoxsaylı teatr mükafatları laureatı olan Yavrucuk həm də Şörlinin rejissorudur və tamaşadakı bütün obrazları tək canlandırır. Gecəyə biletlər 30 manatdan başlayır.
Onu da bildirək ki, S.Yavrucuk Azərbaycanda “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb. O, bundan başqa “Fatmagülün suçu ne?”, “Şahane hayatım”, “Evlilik hakkında her şey” kimi reytinqli layihələrdə də unudulmaz obrazlar canlandırıb.