WOW
WOW

Köhnə rejissorlar, yeni aktyorlar...

Köhnə rejissorlar, yeni aktyorlar...

ARB TV-nin yeni mövsümdə daha bir layihəsi bəlli olub.

OLAY-ın məlumatına görə, kanalda önümüzdəki sezondan “Günahsız günahkar” adlı serial yayımlanacaq.

Ekran işinin rejissoru Kənan MM-dir. O, həmçinin layihədə baş rolu canlandırır. Kənanla birgə serialda rol alan daha bir məşhur sima isə onun həmkarı Aqil M. Quliyevdir.

Qeyd edək ki, hər iki şəxs klipmeyker kimi məşhurlaşıb. Onlar serialda tərəf müqabili olacaq.