WOW
WOW

Jiletin maraqlı tarixi ilə tanış olun!

Jiletin maraqlı tarixi ilə tanış olun!

Bəzilərinin çox sevdiyi, bəzilərinin isə az-az hallarda geyindiyi jiletin tarixi haqda nə bilirsiniz? Jileti ilk dəfə kim geyinib, dəb dünyasına kim gətirib və sairə kimi suallara cavab almaq istəyirsinizsə, diqqətlə oxuyun. 

OLAY  bu geyim növü haqda maraqlı məlumatları təqdim edir. 

İngiltərə, Şotlandiya və İrlandiya kralı İkinci Çarli ilk dəfə jilet geyinən şəxs olub. Bu geyim növü 1660-1700-cü illərdə kəşf edildi. O günlərdə artıq kişi geyimləri formalaşmağa başladı. Nəinki keçmişdə, jiletdən indi də çox istifadə olunur. Hətta artıq xanımlar da müxtəlif kombinasiyalar edərək jilet geyinirlər. 

1700-cü illərdən 1750-ci illərə qədər jiletlər üstdən geyinilən palto ilə eyni uzunluqda tikildi. Bundan sonra uzunluğu bir az qısaldıldı. On yeddi-on səkkizinci əsrlərdə kişilər bu paltarın müxtəlif rənglərini geyinirdi. Lakin bu  jilet rəsmi geyim növü elan olunana qədər davam etdi. Artıq yalnız kostyum-şalvarla istifadə  olunur və uyğun rənglərdə tikilirdi. 

18-ci əsrin sonunda jiletlər ipək, pambıq, yun və kətan parçadan tikilirdi. Üzərində müxtəlif naxışlar, qızılı, ya da gümüşü detallar yer alırdı. On doqquzuncu əsrin başlarında isə onların uzunluğu xeyli qısaldıldı. Artıq daha qısa və dar formada hazırlanmağa başladı. 

Qadınlar üçün jiletlər əvvəlcə kostyumun altından geyinilən “Fransız korset”i adı verilən bir geyim idi. Bu korsetlərin ön hissəsinə jiletə bənzəməsi üçün parça tikilirdi. Bu həm də qadınların belini daha çox önə çıxarırdı.  20-ci əsrdə isə kişilər daha şıq tədbirlərdə jilet geyinirdi. 

1970-ci illərdə jiletlər qadınların iş paltarı oldu. 90-cı illərin sonundan 2000-ci illərin əvvəlinə qədər gündəlikdə də istifadə olunurdu. Hazırda isə koftlarla, donlarla da geyinilir. 

2020-ci ilin bahar aylarından yaya qədər jiletlər geri dönüş edərək hər kəsin qarderobunda yer alamağı bacardılar. Həm də cürbəcür növləri ilə də göz oxşayırlar. İstədiyiniz kimi, dilədiyiniz paltarla kombinasiya edə bilərsiniz.