İncəsənət
İncəsənət

Gülnarə Xəlilovadan "Yeddi gözəl" yaylıq kolleksiyası

Gülnarə Xəlilovadan "Yeddi gözəl" yaylıq kolleksiyası

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Nizami Gəncəvinin ilinə və dahi şairin və filosofun 880 illiyinə həsr olunmuş portret janrında "Yeddi Gözəl" ipək yaylıqları kolleksiyasını yaradıb. Yaylıqlar  paltarın aksessuarı kimi və divara panno kimi istifadə etmək olar.

OLAY yazır ki, layihə ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır.

Yeddi gözəl -  Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poemadır. Əsər 1197-ci ildə yazılıb. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin süjetinin əsasında şah Bəhram Gur haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir.