WOW
WOW

Pavel Durov azadlığa buraxıldı

Pavel Durov azadlığa buraxıldı

Avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılan "Telegram"ın sahibi Pavel Durovun bu gün məhkəməsi olub. 

OLAY Fransa mətbuatına istinadən yazır ki, hakim Pavel Durovun "ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə" polis nəzarəti altında qalmasına xitam verib. 

Durov, məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, 2021-ci ildən Fransa vətəndaşı olan Durova qarşı iş iyulun 8-də açılıb. O, artıq dindirilib; onun həbs müddəti avqustun 28-də başa çatır. İş Rəqəmsal Cinayət Mərkəzi (C3N) və Milli Fırıldaqçılıq İdarəsi tərəfindən araşdırılır. Ona qarşı irəli sürülən ittihamlara görə, Pavel Durovu 20 ilə qədər həbs gözləyirdi.

“Bloomberg” nəşri sərvətini bu yaxınlarda 9, 15 milyard dollar qiymətləndirən 39 yaşlı “Vkontakte” sosial şəbəkə platformasının həmtəsisçisi və “Telegram”ın yaradıcısı uzun müddətdir ki, Rusiyada yaşamır. Onun BƏƏ, Fransa və Rusiya vətəndaşlığı var.