“Telegram”ın yaradıcısı Pavel Durovun həbs müddəti daha 48 saat uzadılıb.
OLAY yazır ki, bu barədə “La Provence” və “AFP” məlumat yayıb.
Durov, həftə sonu Paris hava limanında saxlanılıb.
Həbs müddəti başa çatdıqdan sonra hakim saxlanılan şəxsin taleyi ilə bağlı qərar verəcək. Pavel ya ittiham olunacaq, ya da azadlığa buraxılacaq.
Qeyd edək ki, Fransa vətəndaşlığı olan Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. İstintaq sahibkarı terrorizm, dələduzluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərdə iştirak etdiyini hesab edir. Telegram-da moderasiya olmaması səbəbindən. Paris prokurorluğu avqustun 26-da vəziyyətə münasibət bildirəcəyini vəd edib.