1,7 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin qadın musiqiçisi olan Rihanna pulunu xeyriyyə işlərinə xərcləməyə davam edir.
OLAY yazır ki, 33 yaşlı barbadoslu müğənni "Clara Lionel Fondu" və Twitter-in qurucusu Cek Dorsinin başlatdığı #startsmall hərəkatı ilə İqlim Ədaləti Alyansı və Qaradərililərin Həyatı Hərəkatına 15 milyon dollar ayırıb.
Məşhur müğənni qadın, LGBT hüquqları və iqlim böhranı ilə bağlı daha 18 təşkilata ianə vəd etdiyini də açıqlayıb.