Olay
Olay

Səfir İsraili heyran qoyan azərbaycanlıdan yazdı

Səfir İsraili heyran qoyan azərbaycanlıdan yazdı

İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında azərbaycanlı müğənninin çıxışı barədə post paylaşıb.  

OLAY yazır ki, o, İsrailin “The X Factor” yarışmasında ifası ilə hər kəsi təəccübləndirən Kama Kamilaya dəstək olub. 

“Avroviziya 2022-də İsraili Azərbaycan əsilli israilli müğənni təmsil edəcəkmi? Kama Kamila Azərbaycana ehtiramını bildirərək açılış çıxışı ilə münsifləri heyran etdi”, - deyə İsrail səfiri bildirib. 

Qeyd edək ki, “X Factor” şousunun İsrail versiyası Avroviziya beynəlxalq mahnı müsabiqəsində iştirak üçün seçim mərhələsidir. Əgər Kama Kamila layihədə qalib gələrsə, Avropada İsraili təmsil edəcək.

?ref_src=twsrc%5Etfw">