WOW
WOW

“Squid Game”in yayım tarixi bəlli oldu!

“Squid Game”in yayım tarixi bəlli oldu!

“Netflix” “Squid Game” adlı qəddar sağ qalma oyununun ikinci mövsümünün yayım tarixi bəlli olub.

OLAY yazır ki, serialın davamı bu ilin 26 dekabrında yayımlanacaq. Final sezonu isə 2025-ci ildə işıq üzü görəcək.

Hekayədə personajlar külli miqdarda pul üçün yenidən döyüşmək üçün oyuna qayıdırlar.

Qeyd edək ki, Squid Game-nin ilk mövsümü 2021-ci ildə yayımlanıb və Netflix-in ən uğurlu serialı və ABŞ-da baxış cədvəllərində birinci olan ilk Koreya serialı oldu. Daha sonra layihə 94 ölkənin hamısında trendlərdə birinci yeri tutdu.

İlk sezonun qəhrəmanları sağ qalma oyununa girərək maddi problemlərini həll etməyə çalışan personajlar idi. Böyük pul mükafatı üçün 454 iddiaçı bir-birinin ardınca mübarizədən kənarlaşdırılır, lakin sonda qalib mükafatla kifayətlənmir və oyunun arxasında kimin dayandığını öyrənmək qərarına gəlir.