WOW
WOW

Faiqlə Dilarə Nigarın bağ evində!

Faiqlə Dilarə Nigarın bağ evində!

Xalq artisti Faiq Ağayev və müğənni Dilarə Kazımova Nigar Camalın evində qonaq olub.

OLAY yazır ki, sənətçi həmkarlarını bağında bir araya gətirib. Onlar əyləndiyi anları sosial media hesablarında paylaşıb. Evdə ifaçılarla birgə dizayner Vəfa İsazadə də yer alıb.

Qeyd edək ki, hər üç sənətçi “Maska” şousunda münasibətlərini daha da yaxşılaşdırıb və dost olublar.