WOW
WOW

Xalq artistinin həyat yoldaşı yenə təzminat tələb edəcək?

Xalq artistinin həyat yoldaşı yenə təzminat tələb edəcək?

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Anna Netrebkonun İsveçrədəki konserti ləğv edilib.

OLAY yazır ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, Netrebkonun konserti iyunun 1-də Luzerndə baş tutmalı idi. Nəşrin məlumatına görə, çıxış hakimiyyətin tələbi ilə qarşıdan gələn Ukrayna konfransına görə ləğv edilib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Netrebko Nyu-York Metropoliten Opera Teatrından təxirə salınan konserti üçün 360 min dollar təzminat istəmişdi. Martda isə məhkəmə sənətçiyə 200 min dollar təzminatın ödənilməsinə qərar verdi. Onun bu dəfə məhkəməyə müraciət edib-etməyəcəyi bəlli deyil

Onu da bildirək ki, sentyabrda TASS məlumat vermişdi ki, Berlin Dövlət Operası Anna Netrebko ilə əməkdaşlığı bərpa edəcək. Teatrdan bildirilib ki, rusiyalı ifaçı bu yaxınlarda Rusiyada fəaliyyətini həyata keçirmədiyindən və yaxın gələcəkdə də bunu etmək niyyətində olmadığından onunla işləməyə davam edəcəklər.