WOW
WOW

Ləfxanım illər sonra Xocalıda!

Ləfxanım illər sonra Xocalıda!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımdan 32 il ötür.

OLAY yazır ki, ötən illərdən fərqli olaraq Xocalı artıq düşmən tapdağı altında deyil. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Xocalı sakinləri hazırda öz torpaqlarında rahat irəliləyə bilirlər. Onlardan biri də 32 il öncə, 9 yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Ləfxanımdır (Lətifxanım). 

Ləfxanımı illər sonra ARB TV görüntüləyib, onunla Milli Qəhrəman Çingiz Mustafayevin söhbətindən yola çıxaraq videoçarx hazırlayıb.