WOW
WOW

Silvester “Rembo” rolunda onu görmək istəyir!

Silvester “Rembo” rolunda onu görmək istəyir!

Aktyor Silvestr Stallone Rayan Qoslinqi Rembo rolunda görmək istədiyini bildirib.

OLAY yazır ki, ulduz bunu Cimmi Fallonun “Tonight Show” televiziya şousunda deyib:

“Rayan dedi ki, Rembo ilə çoxlu ümumi cəhətləri var. Və düşündüm: “Bu maraqlıdır. Nə vaxtsa estafeti ötürsəm, ona ötürəcəyəm, çünki o, bu obrazı sevir”.

Aktyor əlavə edib ki, onların söhbəti zamanı Rembo kimi geyinərək məktəbə necə getdiyini danışıb. Eyni zamanda, Stallone özünün Qoslinqin tam əksi olduğuna inanır, “Barbie” ulduzunun yaraşıqlı olduğunu, özünün isə onun əksinə yaraşıqsız olduğunu iddia edir.